"İQNA", "i24News" saytına istinadən xəbər verir ki, Mərakeşdə məhkəmə bu ölkədəki fransız məktəbinə girişi qadağan edilən hicablı şagirdin xeyrinə qərar verib.
Qərara əsasən, şagirdlər fransız məktəbinə hicabla daxil ola biləcəklər.
İnsan haqları müdafiəçilərinin fikrincə, məhkəmə qərarı hicablı tələbələrin və dini azadlıqların qələbəsidir.
Fransanın Mərakeşdəki səfirliyinə bağlı olan bu məktəb Fransanın təhsil qanunlarına zidd olaraq, hicabına görə şagirdin məktəbə daxil olmasına mane olmuşdu.
Yerli Hespress saytının məlumatına görə, məhkəmə Mərakeş və Fransa arasında mədəni əməkdaşlıq və inkişaf müqaviləsində dini geyimlərin geyinilməsini qadağan edən mətnin olmaması ilə bağlı qərar verib.
Mərakeşli hüquq müdafiəçiləri bu qərarı alqışlayıb və bunu fikir və ifadə azadlığının qələbəsi hesab ediblər.
Mərakeş Vətəndaşlıq və İnsan Haqları Assosiasiyasının prezidenti İdris Sedravi bildirib ki, bu qərar məktəblərlə xarici nümayəndə heyətləri arasında, tələbələrlə onların valideynləri arasında münasibətlərdə qanuna hörmətin yeni səviyyəsini yaradır.
4223181