IQNA

Əl-Əzhər Şeyxi uşaqlar üçün çoxməqsədli mərkəzin açılışını edib

0:55 - June 28, 2024
Xəbər sayı: 3496228
İQNA – Əl-Əzhər Şeyxi Əhməd Tayyib uşaqlara xidmət etmək üçün dizayn edilmiş və həyata keçirilən çoxməqsədli, yaxşı təchiz olunmuş mərkəz açıb.

"İQNA", "Əl-Misri Əl-Yəvm" saytına istinadən xəbər verir ki, Əhməd Tayyib, Əl-Əqsər vilayətində yerləşən Əl-Əzhər kitabxanasında “Nur uşaq jurnalı”nın filialını açıb.
Bu filial bütün jurnal nömrələri və cizgi filmləri və uşaqlar üçün xüsusi avadanlıqlarla təchiz edilmişdir.
Açılış mərasimində Əl-Əzhər Şeyxi, "Nur" jurnalının elmin yayılmasında və uşaqlar və gənclər arasında nəcib dəyərlərin təbliğində rolunun əhəmiyyətini vurğuladı.
O, xarici tərcümə nəşrlərinin təhlükəsinə də diqqətli olmağın zəruriliyini vurğulayıb.
Əhməd Tayyib Qərbdə tərcümə olunan əsərlərin ərəb və müsəlman gənclərin şüur ​​və davranışlarına mənfi təsir göstərdiyini bildirib.
Bundan əlavə, Əhməd Tayyib uşaqları mütaliəyə həvəsləndirmək, müxtəlif yaş səviyyələri üçün asan və uyğun kitab və nəşrlərlə təmin etmək, uşaq və gəncləri rəqəmsal dünyanın təhlükələrindən qorumaq, valideynlərin övladlarının rəqəmsal dünya ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlılığını artırmaq məqsədilə təlim proqramları və seminarların təşkili barədə göstəriş verib.
4223174

captcha