Avstraliyada Yaşıllar Partiyasının Fələstinin dövlət kimi tanınması ilə bağlı Senata təqdim etdiyi təklifi dəstəklədiyi üçün partiya qrupundan qeyri-müəyyən müddətə uzaqlaşdırılan hakim İşçi Partiyasının senatoru Fatimə Peyman partiyadan istefa verdiyini açıqlayıb.
ABC News-un verdiyi məlumata görə, Qərbi Avstraliya ştatının senatoru Peyman qeyri-müəyyən müddətə fəaliyyətini dayandırdıqdan sonra partiyası ilə bağlı açıqlama verib.
İşçi Partiyasından istefa verdiyini açıqlayan Peyman vəzifəsini müstəqil şəkildə davam etdirəcəyini bildirib.
Bundan əlavə, Avstraliyada islamafobiya hallarını qeydə alan təşkilat mövcud atmosfer və siyasi şərhlərin müsəlman icmasına qarşı ayrı-seçkiliyi daha da artıra biləcəyindən narahatlığını ifadə edib.
Avstraliyada hakim İşçi Partiyası siyasi mövqeyini zəiflətdiyini iddia etdiyi şəxslərə ağır cəzalar tətbiq edib.
2022-ci ildə vəzifəyə başlayan və "ölkənin ilk hicablı senatoru" olan Peyman təklifi dəstəkləyən yeganə İşçi Partiyası senatoru idi və onun dəstəyinə görə iyulun əvvəlində partiya şurasının iclasında iştirakına qadağa qoyuldu.
Fatimə Peyman 1996-cı ildə Əfqanıstan Taliban tərəfindən ələ keçirildikdən sonra ailəsi ilə birlikdə ölkəsini tərk edib. O, Avstraliya parlamentində ilk və yeganə hicablı siyasətçidir.
O, mətbuat konfransında deyib: "Həmkarlarımdan fərqli olaraq, mən ədalətsiz rəftarın nə olduğunu bilirəm. Ailəm müharibə şəraitində olan ölkədən qaçaraq bura qaçqın kimi gəlib və mən günahsız fələstinlilərin İsrail tərəfindən hədəfə alındığını görəndə səssiz qala bilmirəm".
4226003