"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, sionist rejim qüvvələrinin qərbdəki Əy-Şati düşərgəsində Əl-Əbyad məscidinin xarabalıqları üzərində günorta namazı qılanların üzərinə bomba atması nəticəsində çoxlu sayda insan həyatını itirib, çoxlu sayda insan da yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, düşərgənin qərbində sökülən məscidin yanındakı yeni ibadət yerində günorta namazını qılan çox sayda insan güclü bombardmanlarla qarşılaşıb.
Qəzza Mülki Müdafiə Birliyinin sözçüsü Mahmud Basal, İsrailin Əl-Əbyad məscidini hədəf alan hücumunda 15 nəfərin həyatını itirdiyini, əksəriyyəti ağır olmaqla 20 nəfərin yaralandığını açıqlayıb.
Gərgin bombardmanda şəhidlərin çoxunun bədənlərinin parçalandığına diqqət çəkən hadisə şahidləri düşərgənin müxtəlif yerlərində bombardmanların davam etdiyini vurğulayıblar.
4226571