"İQNA", "San" qəzetinə istinadən xəbər verir ki, bazar günü müşahidə şurasının üzvləri ilə görüşdən və Quranın çapına icazə verəndən sonra mətbuat konfransında çıxış edən Seyfəddin Nəsşan İsmayıl əlavə edib: Əgər Quranın çap və ya rəqəmsal versiyalarında hər hansı bir səhv aşkar edilərsə, bu nazirlik onları toplamaq və düzəltmək üçün tez bir zamanda hərəkətə keçəcək.
O, bildirdi ki, Daxili İşlər Nazirliyinin Nəzarət və İcra İdarəsi bu işə cavabdehdir və bununla yaxşı məşğuldur.
İsmayıl Malayziyaya gətirilən bütün Quran nüsxələrinin də 1986-cı il Quran Çap Qanununda göstərilən standartlara cavab verməli olduğuna diqqət çəkdi.
O əlavə etdi: "Yanvardan iyun ayına qədər Daxili İşlər Nazirliyi Malayziya standartlarına uyğun gəlməyən 22 000-dən çox idxal edilmiş Quran nüsxəsini saxlayıb".
İsmayıl həmçinin Malayziyada Brayl əlifbası ilə Quranın nəşr standartları, eləcə də Quran oxumağın qabaqcıl sistemi ilə bağlı təlimatları açıqlayıb.
4226884