"İQNA", "Əl-Yəvmus-Sabi"-yə istinadən xəbər verir ki, Britaniya İşçi Partiyası hökumətinin yeni ədliyyə naziri Şəbanə Mahmud beynəlxalq hüququn aliliyini müdafiə etmək və insan haqlarını qorumaq əzmini vurğulayıb.
İşçi Partiyasının 43 yaşlı nümayəndəsi təyinat xəbərini X sosial şəbəkəsində paylaşıb. O, bu vəzifəni öhdəsinə götürməkdən qürur duyduğunu bildirib.
Britaniya İşçi Partiyasının üzvü olan Şəbanə Mahmud 1980-ci il sentyabrın 17-də Birmingemdə anadan olub və həmin şəhərdə böyüyüb. Onun ailəsinin kökləri Pakistanın Azad Kəşmir bölgəsindəki Mirpur şəhərinə gedib çıxır. O, Oxsford Universitetinin Linkoln Hüquq Məktəbini bitirib və ixtisaslı vəkildir.
Şabana Mahmud 2010-cu ildə Britaniya İcmalar Palatasına keçirilən seçkilərdə Birminqem-Ledivud seçki dairəsi üzrə 10105 səslə seçilib. O, Roşan Ara Əli və Yasəmin Qureşi ilə birlikdə Britaniyanın ilk müsəlman qadın nümayəndələrindən biridir.
Mahmud 2015-ci il seçkilərindən sonra Xəzinədarlığın baş katibi təyin edilib. 2015-ci ilin sentyabrında Ceremi Korbin İşçi Partiyasının lideri seçildikdən sonra Mahmud iqtisadi məsələlərdə "onunla ciddi fikir ayrılıqları" səbəbindən istefa verib.
Son seçkilərdə Britaniya İşçilər Partiyası Mühafizəkarlar Partiyası üzərində inamlı qələbə qazana bilib.
4228057