IQNA

Belçikalı gənclər Ayətullah Xameneiyə təşəkkür edirlər

11:17 - July 24, 2024
Xəbər sayı: 3496394
İQNA - Bir qrup belçikalı gənc Qərb gənclərinə məktub yazan İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə təşəkkür edib.

Bir qrup belçikalı gənc ABŞ və Avropanın müxtəlif universitetlərində Fələstinə dəstək verən tələbələrə məktub yazan İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə təşəkkür məktubu göndərib.
Məktubda deyilir: "Ədalət və həqiqəti axtarmaq üçün verdiyiniz tövsiyələr, həmçinin Fələstin məsələsinə və bütün dünyada məzlum xalqlara sarsılmaz sadiqliyiniz bizi dərindən heyran etdi".
Sözügedən məktubda ''Qarşılaşdığımız çətinliklərin həllində qarşılıqlı anlaşma, ədalət və həmrəylik istiqamətində göstərdiyiniz böyük səylər çox əhəmiyyətlidir. Belçika gəncləri olaraq biz İslamı anlamamızı dərinləşdirməkdə qərarlıyıq".
Məktubda Avropa və Amerika universitet tələbələrinin Fələstinə dəstək hərəkatının Qərb gənclərinin dünyada baş verən haqsızlıqlara qarşı şüurlu olduğunu göstərdiyi qeyd edilərək, "Biz dialoq ruhunda konstruktiv və məhsuldar əməkdaşlığın davamını gözləyirik" ifadəsi işlədilib.

captcha