Adəm Allahın ilk peyğəmbəri və bəşəriyyətin atasıdır ki, Quranda 25 dəfə onun adının çəkildiyi, yaradılış və həyat hekayətindən bəhs edildiyi bildirilir. Həzrət Adəm (ə) Əbul-bəşər, Xəlifətullah, Səfiyyəllah, Əbul-vəra, Əbu Muhəmməd və Müəllimul-əsma kimi ləqəblərlə çağırılmışdır. Adəmin həyat yoldaşının adı Quranda açıq şəkildə çəkilmir, lakin təfsir və rəvayətlərdə ona Həvva deyirlər. Çünki o, canlıdan yaradılmışdır. Bəziləri inanır ki, Allah, Həvvanı Adəmdən və ya Adəmin yaradıldığı palçığın qalığından yaratmışdır. Quran bu haqda buyurur: "O, hamınızı bir insandan yaratdı və zövcəsini onun cinsindən yaratdı..." (Nisa, 1).
Rəvayətlərə görə, Həvva iyirmi dəfə qırx uşaq dünyaya gətirdi. Hər dəfə bir oğlan və bir qız. İlk övladları "Qabil" və "Əqliha", ikinci övladları isə "Habil" və "Luza" idi. Allah Adəmin nəslinə bərəkət verdi və ona uzun ömür verdi. Adəm Habili özünə canişin etdi və bu Qabilin paxıllığına səbəb oldu. Nəticədə o, qardaşı Habili öldürdü. Allah Adəmə Hibətullah adlı daha bir oğul verdi. Adəm gizli şəkildə onu canişin təyin etdi və peyğəmbərlik sirlərini ona tapşırdı. Quran Adəmin övladlarının evlənməsi haqqında buyurur: "...və onlardan çoxlu kişi və qadın həyata gətirdi" (Nisa,1).
Nəsillərin çoxalması və Adəmin övladlarının bir-biri ilə evlənməsi haqqında çox danışılır. Bəzi təfsirçilər Adəmlə Həvvanın övladlarının bir-biri ilə evləndiyinə inanırlar. Ona görə də o dövrdə məhrəmlə evlənməyin o dövrdə halal və icazəli olduğu, ondan sonra isə haram olduğu deyilir.
Arxeoloqlar ilkin insanın Mesopotamiyanın məşhur şəhərlərində meydana gəldiyinə inanırlar. Mesopotamiyanın şimal-şərqində yerləşən Nipbur şəhərində onlar üzərində Adəm və Həvvanın üzləri çəkilmiş gil aşkar ediblər. Bəziləri Hindistanın cənubundakı Serandip dağını (Seylon və ya Şri Lanka) eniş yeri, Adəmin ilkin iqamətgahı, Ciddə isə Həvvanın eniş yeri hesab edir.