IQNA

Malayziyada Quran hafizlərinin qatıldığı məclis keçiriləcək

9:34 - August 06, 2024
Xəbər sayı: 3496477
İQNA – Malayziya baş nazirinin müavini gələn ay ölkənin paytaxtında 24 min Quran hafizinin iştirakı ilə toplantı keçiriləcəyini bildirib.

"İQNA", "Bərnama" saytına istinadən xəbər verir ki, Malayziya baş nazirinin müavini Əhməd Zahid Həmidi qeyd edib ki, 24 min Quran hafizinin qatılacağı toplantı gələn ay Kuala Lumpurdakı hökumət məscidində keçiriləcək.
İclasın açılışı baş nazir İbrahim Ənvərin iştirakı ilə baş tutacaq.
Malayziyanın baş nazirinin müavini Əhməd Zahid Həmidi bu proqramın milli birlik hökumətinin İslamı dəstəkləmək əzmini nümayiş etdirdiyini vurğulayıb.
Əhməd Zahid onu da vurğulayıb ki, Malayziyada İslamın təhdid edildiyi və ya kənarlaşdırıldığı və ya hökumətin İslama üstünlük vermədiyi iddiaları əsassız və yanlışdır.
O, həmçinin bəyan edib ki, hazırkı hökumət 18 müxtəlif siyasi partiyadan ibarət olsa da, yekdilliklə İslam təhsilini dəstəkləyən sivil təşəbbüsləri himayə edir.
Həmidi Quran hifzi mərkəzlərinin peşə kurslarına çevriləcəyini də ifadə edərək, "Hökumət bu siyasətlə əsrin hafizlərinin təkcə imam, müəllim və ya əlaqəli sahələrdə çalışmalarını, həm də onlar üçün peşəkar məşğulluq yaratmasını istəyir".
4230041

captcha