İraq Ərbəin Həcc Komitəsi, bu günə qədər İraqa səyahət edən, İraq vətəndaşı olmayan Ərbəin zəvvarlarının sayını açıqlayıb.
İraq Daxili İşlər Nazirliyinin sözçüsü, polkovnik Muqdad Miri, mətbuat konfransında, bu ölkəyə səyahət edən əcnəbi Ərbəin zəvvarlarının sayının 2 milyon 200 min nəfəri keçdiyini bildirib.
Miri, İraqdan ayrılan əcnəbi zəvvarların sayının 679 mini keçdiyini qeyd edib.
Bu günə qədər hər hansı bir təhlükəsizlik hadisəsinin qeydə alınmadığını bildirən Miri, Ərbəin Yürüşü mərasimi üçün İraqdakı təhlükəsizlik vəziyyətinin sabit olduğunu vurğulayıb.
İraqlı rəsmisi “2024-cü il Ərbəin mərasiminin fərqləndirici xüsusiyyəti yol qəzalarının azalmasıdır. Sadəcə dünən qaydalara əməl etməyən sürücülərə 28.000 yol cəriməsi yazılıb və 10 avqustdan bu günə qədər ümumilikdə 39 yol qəzası baş verib, 9 nəfər ölüb, 23 nəfər isə yaralanıb” deyə danışıb.