IQNA

İsveçdə aşırı sağçılardan Müsəlmanlara qarşı aksiya

12:58 - August 25, 2024
Xəbər sayı: 3496563
İQNA - İsveçin paytaxtı Stokholmda aşırı sağçı qrup, Müsəlmanların ölkələrinə geri göndərilməsi tələbi ilə aksiya təşkil etdi.

Bir çox İsveçli aşırı sağçının dəstək verdiyi aksiya üçün Odenplan meydanında toplaşan qrup, "Ölkəmizdə Müsəlman istəmirik" şüarı səsləndirdi. Daha sonra Segelstorg meydanına doğru yürüyüşə keçən qrup, ölkədə İslamın qadağan edilməsini tələb etdi.

Eyni bölgədə Stokholm Antifaşist Dərnəyi tərəfindən də irqçilik və ayrı-seçkiliyə qarşı aksiya keçirildi.

İsveçli aktivistlərin təşkil etdiyi aksiyada "Küçələrimizdə irqçi istəmirik", "Qeyri-qanuni insan yoxdur" və "İsveçdə hər kəsin yaşamaq hüququ vardır" şüarları səsləndirildi.

Aksiyaçılar "Hamımız birlikdə irqçiliyə yox", "İrqçiliyə qarşı dur", "Gənclər irqçilərin qarşısında" yazılı plakatlar tutdu.

İki qrup arasında zaman-zaman gərginlik yaşandı, polisin tədbirləri nəticəsində insident baş vermədi.

captcha