"Əl-Səudiyyə" internet saytında yer alan xəbərə görə, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bütün zəvvarlara təcili açıqlama verərək, ümrə zəvvarlarından sağlamlıq tədbirlərinə əməl etmələrini istəyib.
Açıqlamada zəvvarların dini ayinlərini yerinə yetirərkən maska taxmasının vacibliyi vurğulanıb.
Nazirlik qarşıdakı dövrdə zəvvarlar arasında tənəffüs yoluxucu xəstəliklərin yoluxmasının qarşısının alınması üçün son vaxtlar elan edilmiş sağlamlıq qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb.
Nazirlik Ümrə zəvvarlarından maska taxmaq, sosial məsafəni qorumaq, əlləri mütəmadi olaraq su, sabun və dezinfeksiyaedici vasitələrlə yumaq da daxil olmaqla müəyyən zəruri ehtiyat tədbirlərini özündə əks etdirən sağlamlıq təlimatlarına əməl etməyi istəyib.
4233705