IQNA

İordan çayının qərb sahilində HƏMAS komandiri şəhid olub

1:36 - August 31, 2024
Xəbər sayı: 3496591
İQNA – HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadaları, HƏMAS-ın Cenin bölgəsindəki komandiri Visam Hazimin şəhid olduğunu açıqlayıb.

HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadaları verdiyi yazılı açıqlamada, tez-tez qarşıdurmaların yaşandığı İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində HƏMAS-ın yerli komandiri Visam Hazim və onunla birlikdə bir neçə nəfərin şəhid olduğunu açıqlayıb.
İzzəddin Əl-Qəssam Briqadaları bu hücumda Ərəfat Amirin də şəhid olduğunu bildirib.
Bəyanatda həmçinin qeyd olunub ki, sionist rejimin Tulkərim düşərgəsinə qarşı həyata keçirdiyi hava hücumunda İzzəddin Əl-Qəssam briqadasının digər üzvü Məhəmməd Tovfiq Əvfi şəhid olub.
Sionist rejim ordusu Fələstin ərazisində silahlı hücumlar və bombardmanlara görə Hazimin məsuliyyət daşıdığını iddia edib.

captcha