"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, Misirin Əl-Əzhər telekanalı “Biz İordan çayının qərb sahilinin müsadirə edilməsinə və onun simvollarının yəhudiləşdirilməsinə qarşı xəbərdarlıq edirik” deyib.
O, İslam dünyasının Fələstinə, Məscidül-Əqsaya və Qüdsə dəstək olaraq sionist rejimin istehsal etdiyi məhsulları boykot etmək üçün kampaniyanı səfərbər etmələrini istədiklərini vurğulayıb.
Bu bəyanat sionist rejim ordusunun İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə, xüsusilə də Ceninin şəhəri və düşərgəsinə hücumundan sonra verilib.
Bu müddət ərzində İsrail ordusu onlarla fələstinlini həbs edib. Eynilə, fələstinlilərin infrastrukturunu və evlərini xarabalığa çevirdi.
Sionist ordu Əqsa tufanı əməliyyatının başlaması ilə İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücumlarını gücləndirib. Fələstinli döyüşçülər və gənclər də sionist ordusunun cinayətlərinə cavab olaraq əməliyyatlar həyata keçiriblər.
4234407