"İQNA", "Əl-Əxbar" saytına istinadən xəbər verir ki, Mavritaniya Dini İşlər Nazirliyi Qərbi Afrika üçün Kral Salman ibn Əbdüləziz Quran və Hədis hifzi yarışlarına ilkin qeydiyyatın sentyabrın 2-dən başladığını və İslami İrşad ofislərində sentyabr ayının 6-a qədər davam edəcəyini açıqlayıb.
Müsabiqə şərtləri arasında müsabiqə iştirakçılarının Mavritaniya vətəndaşı və 15-50 yaş arasında olması lazım olduğu bildirilib.
Qərbi Afrikadakı Mavritaniya Quranın və peyğəmbərlik sünnəsinin qalası kimi təsvir edilir. Mavritaniyanın çoxəsrlik ənənəsi olan məhzərələr səhra mədrəsələri kimi də tanınır... Əsrlik deyirik ona görə ki, məhzərələr 1000-ci illərdən günümüzə qədər gəlib çatan tarixi bir təhsil üsuludur. Məhzərələrdə təkcə əzbər deyil, həm də fiqh, təfsir, hədis kimi İslam elmləri və ciddi ərəb təhsili verilir. Bütün bu təlim kursunu tamamlamaq üçün cəmi 10 il lazımdır.
4234805