"İQNA", "Əl-Ərəbiyyul-Cədid" saytına istinadən xəbər verir ki, bu səfər, Katolik Kilsəsinin liderinin İndoneziya, Papua Yeni Qvineya, Şərqi Timor və Sinqapura səfər edəcəyi Papalıq dövrünün ən uzun və ən uzaq səfərinin başlanğıcı olub.
Jakarta Globe, İndoneziya Prezidenti Coko Vidododan sitat gətirib: "İndoneziya xalqı adından Papa Fransiskin İndoneziyaya səfərini səmimiyyətlə salamlayıram".
Papa Fransisk gəlişindən sonra İndoneziyada yaşayan bir qrup qaçqınla qeyri-rəsmi görüş keçirib. Vatikan bu məsələ ilə bağlı ətraflı məlumat verib və qaçqın qrupuna Somali, Şri-Lanka, Myanma və Rohinca azlıqlarının daxil olduğunu açıqlayıb.
Çərşənbə günü Papa Asiyada Katolik Kilsəsinin inkişafına kömək edən siyasi liderlər və İndoneziya ruhaniləri ilə görüşüb.
Daha sonra o, İndoneziyada rəsmi olaraq tanınan altı dinin nümayəndələri ilə birlikdə Cakartada Cənub-Şərqi Asiyanın ən böyük məscidi olan İstiqlal məscidində keçirilən görüşdə iştirak edib.
4234910