"İQNA"-nın "Bəvabətul-Rozul-Yussif" portalına istinadən verdiyi məlumata görə, Misir Hafiz və Qarilər Birliyi bu bəyanatında böyük və ya kiçik, məşhur və ya naməlum hər hansı bir şəxsin Allahın kitabını təhqir etdiyini, bu birliyin onu buraxmayacağını və qanuni tədbirlər gördüyünü vurğulayıb. Bu tədbirlər, Allahın kitabının müqəddəsliyinə hörmət etməyən insanlara qarşı alınacaq.
Misirdə Quran Hafiz və Qarilər Birliyinin rəhbəri Şeyx Məhəmməd Saleh Həşad geniş ictimaiyyətdən Qurani-Kərimin tilavəti mərasiminə tanınmış qariləri dəvət etmələrini və hafizlər və qarilər birliyindən kömək istəmələrini xahiş edib.
Bu sərt bəyanatın verilməsi misirli qarilərdən biri Samir Əntarın Kəfruş-Şeyxdə yas mərasimində Quran tilavəti zamanı Qurani-Kərimin müqəddəsliyinə hörmət etmədən mobil telefonuna cavab verməsindən sonra baş verib.
Onun bu hərəkəti bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunub və bir çoxları bu hərəkətini ilahi kəlam qarşısında təkəbbür və Qurani-Kərimə hörmətsizlik kimi qiymətləndiriblər.
4235253