IQNA

Dubayda qadınlar üçün 8-ci beynəlxalq Quran müsabiqəsi başlayıb

2:54 - September 09, 2024
Xəbər sayı: 3496653
İQNA - Sentyabrın 17-də Dubayda dünyanın müxtəlif ölkələrindən 60 təmsilçinin iştirakı ilə keçirilən 8-ci “Şeyxə Fatimə Bint Mübarək” Beynəlxalq Quran Hifzi müsabiqəsi başlayıb.
kod

"İQNA"-nın "Əl-İttihad"-a istinadən verdiyi xəbərə görə, 8-ci dəfə keçirilən “Şeyxə Fatimə binti Mübarək” Beynəlxalq Quran Hifzi Yarışmasının fəaliyyətləri Məmrez bölgəsindəki Mədəniyyət və Elm Salonunda dünyanın hər yerindən 60 təmsilçinin iştirakı ilə başlayıb. Bu müsabiqənin açılış mərasimində bir sıra Dubay rəsmiləri, iştirakçılar və münsiflər heyətinin üzvləri iştirak edirdilər.
Bu müsabiqə xüsusilə BƏƏ-də qadınlar üçün ən mühüm beynəlxalq Qurani-Kərim tədbirlərindən biri hesab olunur və Quranı əzbərləyən qadınların bacarıqlarının ölçülməsi və artırılması üçün əlverişli platforma hesab olunur.
Bu müsabiqənin açılış mərasimi Əbdül-Fəttah Əl-Tarutinin qiraəti ilə başlayıb və daha sonra münsiflər heyətinin rəhbəri Salim Məhəmməd Al-Doubi Qurani-Kərimin əzəmətini, onun ləyaqət və statusun yüksəldilməsindəki rolunu vurğulayıb.
O, həmçinin Dubay Əmirliyi rəsmilərinin bu yarışlara dəstəyini yüksək qiymətləndirib və vurğulayıb: “Şeyxə Fatimə binti Mübarək” müsabiqəsi dünya səviyyəsində, xüsusilə qadınların Qurani-Kərim fəaliyyəti, qadınların Quran əzbərləməsi sahəsində mühüm hadisəyə çevrilib. Qadınlar dünyanın hər yerindən bu tədbirdə iştirak edir və yarışırlar.
 “Şeyxə Fatimə” 8-ci Beynəlxalq Quran Müsabiqəsinin ilk günündə Mərkəzi Afrika ölkələri, Myanma, Qana, Somali, Toqo, Mali, Çad, Burkina Faso, Filippin, Eritreya və Ruandadan 11 iştirakçı Quranın bütünlüklə əzbərlənməsi bölməsində iştirak edib. Onlar Həfsin Asimdən nəql etdiyi rəvayət üzrə Quranın bütövlükdə əzbərlənməsi bölməsində yarışıblar.
4235421

captcha