Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib ki, sionist rejim işğal dairəsini genişləndirməyə və Məscidül-Əqsaya nəzarəti ələ keçirməyə çalışır.
Türkiyə prezidenti sözünə belə davam edib: "Qüds bizim qırmızı xəttimizdir və İslam Əməkdaşlıq Təşkilatı İsrail tərəfindən qanun pozuntularını müzakirə etmək üçün təcili toplantı keçirməlidi".
Rəcəb Tayyib Ərdoğan daha sonra əlavə edib: "Qəzza zolağında atəşkəslə bağlı Misirin mövqeyini dəstəkləyirik. İsrail dayanmasa, işğalçılıq siyasəti dayanmayacaq, əksinə davam edəcək. Müsəlman dünyasını İsrailin Qəzzada soyqırımını dayandırmaq üçün daha çox şey etməyə sövq etmək üçün səylərimizi artırdıq".
O əlavə edib: "Qəzzada soyqırımın qarşısının alınması üçün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin təcili sammitini keçirmək lazımdır".
4235767