"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, hollandlar Rotterdam şəhərinin mərkəzində McDonalds filialının qarşısına toplaşaraq Qəzza xalqına dəstək üçün etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları İsrail ordusunun Qəzzada törətdiyi cinayətləri pisləmək üçün simvolik olaraq əllərini və bədənlərini qana boyayıblar.
Etirazın görüntülərində iştirakçıların əllərində Fələstin bayraqları və McDonalds və Coca-Cola-nın İsraillə əməkdaşlığını pisləyən pankartlar tutduğu görünür.
Nümayişçilər həmçinin Hollandiya hökumətinin işğalçılara münasibətini tənqid edərək, İsraillə əməkdaşlığa son qoymağa çağırıblar.
McDonalds restoranlar şəbəkəsi təxminən 10 aydır ki, bir çox ərəb və islam ölkələrində, eləcə də Avropa və Qərb ölkələrində geniş miqyaslı boykotun hədəfi olub. Bu boykot McDonalds-ın İsrail rejiminə verdiyi dəstək və restoranlar şəbəkəsinin İsrail ordusu əsgərlərinə yemək çatdırdığını əks etdirən görüntülərin yayılması səbəbindən başladı.