IQNA

Peyğəmbərin (s) mövludu ilə bağlı Beyrutda Quran məclisləri keçirilib

10:30 - September 23, 2024
Xəbər sayı: 3496731
İQNA - Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mövlud ildönümü münasibəti ilə Beyrutun cənub ətraflarında yerləşən məscidlərdə Quran məclisləri keçirilib.

"İQNA", "Əl-Əhd" saytına istinadən xəbər verir ki, bu Quran məclisləri Livanın Hizbullahının himayəsi altında cənubi Dahiyədə keçirilib və bir sıra beynəlxalq və tanınmış livanlı qarilər bu məclislərdə “Vəhy kəlamından” ayələri oxuyublar.
Bu ərazinin “Əl-Qaim (ə.f)” məscidində keçirilən “Əl-Əbyəz” məhəlləsinin Quran məclisində Mürtəza Hicazi fərdi olaraq Quran, Heydər Termes, Həsən Əl-Muctəba Yaqub, Məhəmməd Zeynuddin və Muhəmməd Müntəzir Əvdə qrup halında Quran tilavəti ediblər.
Həmçinin Həzrət Peyğəmbərin (s) mövlud ildönümü münasibətilə Livanın “Ayat” Quran Dərnəyi tərəfindən Beyrutun cənub ətrafının Mərijə məhəlləsində “İmam Cavad” (ə) məscidində insanların Quranla üns məclisi təşkil edilib.
Bu məclislərdə Quranın görkəmli və beynəlxalq qarilərindən Məhəmməd Mehdi İzzəddin, Yunis Yusif, Məhəmməd Qamluş və Abbas Şəri Quran tilavəti ediblər.4237665

Teqlər: livan ، beyrut ، Quran məclisi ، qiraət
captcha