"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Oman müftisi Şeyx Əhməd Əhməd Əl-Xəliliyə X sosial şəbəkəsində hörmətsizlik edildikdən sonra sosial media fəalları onunla həmrəylik nümayiş etdirmək üçün kampaniyaya başlayıblar.
Sionist rejim və ABŞ-ın təcavüzünə qarşı Qəzza, Livan və Yəmən xalqları ilə tam həmrəy olduğunu bəyan edən Şeyx Əhməd Əl-Xəlili X sosial şəbəkəsində fəallar tərəfindən təhqir olunub.
Əhməd Əl-Xəlilini dəstəkləyən ictimai fəallar onun bu mövqeyini cəsarətli adlandırıblar.
İllərdir Fələstin məsələsində öz mövqeyini ifadə edən Şeyx Əhməd Əl-Xəlili Oman Sultanlığının sionist rejimlə münasibətlərin qurulması istiqamətində atdığı ilk addımları tənqid edib. O, həmçinin sionist baş nazir Binyamin Netanyahuya ev sahibliyi edən Omanın keçmiş sultanı Sultan Qabusa qarşı olduğunu açıqlayıb.
4238462