IQNA

Qəssam batalyonları Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verib

11:21 - September 29, 2024
Xəbər sayı: 3496767
İQNA - Qəssam batalyonlarının sözçüsü bəyanat yayaraq, Hizbullah baş katibinin şəhadəti ilə bağlı başsağlığı verib.

"İQNA"-nın "Əl-Məyadin"-ə istinadən verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Qrupunun (HƏMAS) hərbi qanadı olan Qəssam Batalyonlarının sözçüsü Əbu Ubeydə bəyanat yayaraq, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verib.
Bəyanatın mətni belədir:
Mərhəmətli Allahın adı ilə!
«فَلْيُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يَشْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ وَمَن يُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا»
"Odur ki, gərək dünya həyatını axirətə satan kəslər Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşaraq öldürülsə, yaxud qalib gəlsə, tezliklə ona böyük bir mükafat əta edəcəyik" (Nisa, 74).
Müqavimət Seyidi, saleh bəndə Həzrət Ustad, böyük şəhid, şücaətli sərkərdə, igid, müdrik mömin, bəsirətli və mömin olaraq Allahın və Onun rizasının yanında hərəkət edərək əbədi şəhidlər karvanına qoşulub.
Bu bəyanatda əlavə olunur: "Seyid, 1992-ci ildə müqavimətin Seyidüş-Şühədasının canişini oldu və 2000-ci ildə, daha sonra 2006-cı ildə və digər şərəf döyüşlərində Fələstinə, Qəzzə və məzlum Fələstin xalqına dəstək döyüşündə müqavimətə rəhbərlik etdi.
Hizbullah bu bəyanatın davamında Seyid Həsən Nəsrullahın şəhadətini İmam Zaman (ə.f) və Ali Rəhbər (damə zillihul-ali) və müqavimətin bütün mücahid və ruhanilərinə təbrik  deyib və başsağlığı verib.
Hizbullah bəyanatının davamında şəhid Seyid Həsən Nəsrullahla düşmənə qarşı cihadını davam etdirəcək, Qəzzə və Fələstini dəstəkləyəcək, sabit və şərəfli Livanını müdafiə edəcəyinə söz verib.
Bu bəyanatda həmçinin Livan İslami Müqavimət Mücahidlərinə ünvanlanır: "Rəhbərimiz cənab Seyid öz düşüncələri, ideyaları və yolları ilə hələ də aramızdadır".
Şənbə 28/9/2024
24 Rəbiül-əvvəl 1446-cı il
4239180

captcha