IQNA

Misirin Qarilər və Hafizlər Birliyi qanunlarında dəyişiklik edir

8:38 - October 02, 2024
Xəbər sayı: 3496789
İQNA – Misir Qarilər və Hafizlər Birliyinin Baş Məclisi bu birliklə bağlı qanunda dəyişiklik etmək üçün toplanıb.

"Rosaelyoussef.com"-un verdiyi xəbərə görə, toplantı Misirin aparıcı Quran alimlərinin iştirakı ilə Qahirədə keçirilib.
Sentyabrın 28-də Misir Qarilər və Hafizlər Birliyinin sədri Şeyx Məhəmməd Həşad və idarə heyətinin üzvləri Şeyx Məhəmməd Əbdül-Məvcud Xəlifə və Məhəmməd Tarutinin iştirakı ilə keçirilən iclasda birlik qanununda bəzi dəyişikliklərin edilməsi qərara alınıb.
Qanunda edilən dəyişikliklərdən biri də kütləvi yas mərasimləri və Quran tilavətləri üçün Birlik tərəfindən qiraət icazəsinin verilməsi ilə bağlı olub.
Misir Qarilər və Hafizlər Şurasının sədri Şeyx Məhəmməd Həşad bildirib ki, razılaşdırılmış dəyişikliklər Üsamə Əl-Əzhərə göndəriləcək və baxıldıqdan sonra parlamentə təqdim olunmaq üçün keçmiş müfti, Misir Böyük Alimlər Dərnəyinin üzvü Əli Cumaya göndəriləcək.
Heşad Qurani-Kərimin izzət və əzəmətinə yaraşan tərzdə oxunmasının vacibliyini vurğulayaraq, bu müqəddəs kitaba hər cür hörmətsizlik və təhqirə yol verənlərin cəzalandırılması lazım olduğunu bildirib.
Misir Quran və Hafizlər Birliyinin sədri bu Birliyin Quranı təhqir edənlərə qarşı hər zaman qanuni tədbirlər görəcəyini vurğulayıb.
4239524

captcha