IQNA

Avstraliya İslamafobiya ilə mübarizə üçün xüsusi nümayəndə təyin edib

1:37 - October 06, 2024
Xəbər sayı: 3496809
İQNA - Avstraliyanın baş naziri Antoni Albanese Aftab Maliki ölkənin İslamofobiya ilə mübarizə üzrə ilk xüsusi nümayəndəsi təyin edib.

"Sbs news"-un verdiyi məlumata görə, 10 ildir Yeni Cənubi Uels əyalətinin hökumətində çalışan Aftab Malik əvvəllər Livan Müsəlmanları Cəmiyyətində çalışıb.
Avstraliya hökumətinin bəyanatına görə, Aftab Malik müsəlman icmasının iştirakı ilə dini ayrı-seçkilik və islamofobiyaya qarşı necə mübarizə aparacağına dair ekspertlərlə əməkdaşlıq etmək vəzifəsini öz üzərinə götürəcək.
O, anti-islamizmə qarşı koordinasiyalı mövqe tutmaq üçün müsəlman liderləri və ekspertləri ilə məsləhətləşəcək.
Malik həmçinin islamafobiya ilə mübarizə üçün effektiv strategiyaları müəyyən etmək üçün müsəlman icma liderləri, dini ekspertlər və hökumət nümayəndələri ilə sıx əməkdaşlıq edəcək.
4240212

captcha