Bağdaddakı Üfüq Siyasi Araşdırmalar və Təhlil Mərkəzinin eksperti və direktoru Cuma Əl Ətvani "İQNA" ilə müsahibəsində "Seyid Həsən Nəsrullahın müqavimətin böyük lideri və mücahidlərin mənəvi atasıdır" dedi.
Eləcə də şəhid Nəsrullahın həmişə Quranla yaşadığını və İmam Hüseynin (ə) təlimlərindən ilham aldığını bildirib.
İraqlı analitik, Seyid Həsən Nəsrullah Ramazan ayında etdiyi çıxışında alim və hüquqşünas olduğu halda düşmənlə qarşılaşanda inqilabçı və döyüşçü olduğunu bildirib.
Əl-Ətvani Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın islami dəyərlər və cihadla təmasda olduğunu, gəncliyindən sionist rejimə qarşı mübarizə apardığını və ən böyük arzusu olan şəhadəti 60 yaşlarında ikən gerçəkləşdirdiyini bildirib.
İraqlı analitik bildirib ki, müqavimətçilər işğal rejiminə qarşı mübarizədə bütün güclərini sərf etməli və mənəviyyatlarını artırmalıdırlar.
Bu iraqlı ekspert Cənubi Livandakı hazırkı mübarizənin tarixi bir dastan olduğunu bildirdi.
Əl Ətvani İslam ölkələrinin sionist rejimlə mübarizədəki roluna toxunaraq qeyd edib ki, İslam ölkələri işğalçı rejimlə mübarizədə güc və qüdrətə malik olsalar da, təəssüf ki, sionist rejimlə münasibətləri normallaşdırmağa çalışırlar və İslam və Ərəb ölkələri də bu işğalçı rejimin yanındadır.
Əl Ətvani Livan və Fələstində baş verən son hadisələri nəzərə alaraq müqavimət oxunun çətin şərtlərlə üzləşdiyini bildirib və deyib: "Müqavimət döyüşçüləri İsrail rejiminə qarşı əsas silahlarının əzm, mətanət olduğunu xatırlamalıdırlar.
Bundan əlavə, Cümə Əl Ətvani əlavə edib ki, müqavimət döyüşçüləri Seyid Həsən Nəsrullahın şəhadətindən sonra işğalçı rejimə qarşı mübarizəni və onun yolunu davam etdirəcək.
İraqlı analitik deyib ki, islami, dini və humanitar məsuliyyət müqavimətin fəallarından və mücahidlərindən bütün güclərini sərf etmələrini tələb edir. Onlar Allah yolunda şəhadəti və fədakarlığı konkret mədəniyyət kimi görməlidirlər.
Xatırladaq ki, Seyid Həsən Nəsrullah sentyabrın 27-də İsrailin Amerikanın dəstəklədiyi bunker deşici bombalardan istifadə edərək Cənubi Beyruta endirdiyi böyük zərbə nəticəsində şəhid olub.
4240255