"Əl-Masirə-nin verdiyi məlumata görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri “Fələstin-2” adlı hipersonik ballistik raketlərlə Təl-Əvivdəki hərbi bazanı hədəf aldıqlarını açıqlayıb.
Seri, "Bu raket Amerika və Sionist istehsalı olan hava hücumundan müdafiə sistemlərini keçərək təyin olunmuş hədəfi vurdu" dedi.
Yəhya Seri qeyd edib ki, son əməliyyat Fələstin və Livan məzlum xalqına və bu iki ölkədəki müqavimətə dəstək məqsədilə həyata keçirilib.