Məhbus İşləri Komissiyası və Fələstinli Əsirlər Klubu birgə bəyanatında işğal hakimiyyətinin Semah Haccayı adlı əsir qadını “inzibati həbsə” məruz qoyduğunu bildirib.
Açıqlamada qeyd olunub ki, Haccayi ötən il Qəzzada müqavimətlə bağlanan əsir mübadiləsi razılaşmalarında azad edilən məhbuslardandır.
Qurumlar qeyd ediblər ki, onlarla uşaq əsir də sionist zindanlarında “inzibati həbs”ə məhkum edilib.
Bəyanatda bildirilib ki, işğal məhkəmələri müxtəlif zindanlarda saxlanılan 64 məhbus barəsində yeni “inzibati həbs” və “həbs müddətini uzatma” qərarları verib. (İLKHA)