Livan Hizbullah Hərəkatının keçmiş baş katibi Seyid Həsən Nəsrullahın şəhadətinin 40-cı günü münasibəti ilə 13 ölkədən ekspert və mütəfəkkirlərin, İranın hərbi və dövlət rəsmilərinin iştirakı ilə “Beynəlxalq Nəsrullah Məktəbi Konfransı” keçirilib.
Şəhid Nəsrullahın şəxsiyyət ölçüləri, eləcə də imperializm və sionizmə qarşı siyasi rolunun tanınması məqsədilə təşkil edilən konfransda İran Prezidenti Məsud Pezeşkian, İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaani, parlamentin sədri Məhəmməd Baqir Qalibaf, mədəniyyət naziri Seyid Abbas Salihi, xarici işlər naziri Abbas Əraqçi, prezidentin strateji məsələlər üzrə müavini Zərif və Fələstin Xalq İslam İnqilabına Dəstək Komitəsinin sədri Höccətül-İslam vəl-müslimin Əxtəri iştirak ediblər.