Fələstin şərfi İSESCO-nun Mədəni İrs Siyahısına daxil edildi Fələstin Mədəniyyət Nazirliyi tərəfindən verilən açıqlamada fikirlərinə yer verilən Mədəniyyət Naziri Həmdan, Fələstin şərfinin ölkənin milli kimliyinin simvoluna çevrildiyini bildirib.
Fələstin xalqının uzun illər apardığı mübarizənin və bu illər ərzində azadlıq uğrunda göstərdiyi həmrəyliyin əsl şahidi olduğunu deyən Həmdan, Fələstin şərfinin İSESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini qeyd edib.
Həmdan Fələstin şərfinin İSESCO-nun mədəni irs siyahısına daxil edilməsini “milli nailiyyət” hesab edib.
2015-ci ildə qəbul edilən qərarla Fələstin 16 Noyabrı Milli Şərf Günü kimi qeyd edir.