Rusiyanın “Əl-Yəvm” saytının verdiyi məlumata görə, bir İsrail əsgəri İnstaqram səhifəsində Qəzza zolağının şimalındakı Cibaliyədəki evdə Qurani-Kərimi təhqir edərkən çəkilmiş şəklini yayıb.
Bu əsgər fotoda Qurana hörmətsizliyini göstərən hərəkəti ilə fəxr edib.
Sionist əsgərin bu çirkin hərəkətinin görüntülərinin dərc edilməsi sosial şəbəkələrdə böyük reaksiyaya səbəb olub.
Əsgər öz paylaşımına şərh əlavə edərək, hərəkətini “zorakı cinayət” adlandırıb.
Sionist əsgərin bu hərəkəti ictimai xadimlər və insan haqları təşkilatları tərəfindən geniş şəkildə pislənilib və fəallar bunu insan haqların pozulması və dini müqəddəslərə açıq şəkildə hörmətsizlik kimi qiymətləndiriblər.
Müşahidəçilər hesab edirlər ki, bu cür hərəkətlər yalnız münaqişəni qızışdırır və Fələstin acılarını artırır.
Bu ilk dəfə deyil ki, sionist əsgərləri Qurana hörmətsizlik edir. Keçən avqust ayında sionist əsgərlərin Qəzzanın şimalındakı Bəni Salih məscidinə hücum edərək Quranın bütün nüsxələrini içəridə yandırdıqlarını göstərən görüntülər dərc olunmuşdu.
İnsan haqları təşkilatları bu hərəkəti pisləyib və qeyd ediblər ki, belə hadisələrin təkrarlanması beynəlxalq humanitar hüquqa, birgəyaşayış və dinlərə hörmət dəyərlərinə açıq-aşkar etinasızlıqdır.
4249023