İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei özünün sosial media platforması X hesabında ivrit dilində dərc etdiyi mesajında bildirib ki, sionist terrorçu və cinayətkar dəstənin bütün siyasi və hərbi rəhbərləri mühakimə olunmalıdır.
Bildirilib ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) sionist İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müharibə naziri Yoav Gallant haqqında “Qəzzada törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə” həbs qərarı verib.