Beynəlxalq Cinayət Məhkəməsi sionist rejimin baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı verdikdən sonra bir çox ölkələr Netanyahunun səfər edəcəyi halında həbs qərarını icra edəcəklərini bəyan ediblər.
İngiltərə Xarici İşlər Naziri David Lammy bu gün İtaliyada keçirilən G7 Xarici İşlər Nazirləri toplantısında, "Birləşmiş Krallıqa belə bir səfər söz mövzusu olsa, bu məsələlərlə bağlı məhkəmə prosesi olacaq və lazımi proses izləniləcək" dedi.
Həmçinin ICC-nin qərarından sonra İngiltərədə reaksiyalar artmağa başladı.
İngiltərə küçələrində "Netanyahu axtarılır" ifadəsi yazılmış plakatlar asılıb.