IQNA

UNRWA qışın gəlişi ilə Qəzzada böhranla bağlı xəbərdarlıq edir

11:42 - November 29, 2024
Xəbər sayı: 3497147
İQNA – UNRWA qışın gəlişi ilə Qəzzada humanitar böhranın artacağı və fələstinlilərin daha çox humanitar yardıma ehtiyacı olduğu barədə xəbərdarlıq edib.

"Əl-Qüds Əl-Ərəbi" saytının verdiyi məlumata görə, UNRWA-nın media nümayəndəsi İnas Həmdan fələstinlilərin əlverişsiz hava şəraiti və ciddi humanitar yardım çatışmazlığı səbəbindən çətin şərtlərlə üzləşdiyini bildirib.

Köçkün fələstinlilərin məskunlaşdığı çadırların çoxunun əlverişsiz hava şəraiti səbəbiylə zədələndiyinə diqqət çəkən İnas Həmdan un və yemək kimi əsas ehtiyacların tükəndiyini, çadırların üzərini örtəcək neylon və plastik örtüklərin ciddi çatışmazlığı olduğunu bildirdi.

O, həmçinin təxminən 1,8 milyon köçkünün qeyri-adekvat sanitariya və sağlamlıq xidmətləri səbəbindən epidemiyalarla üzləşdiyi barədə xəbərdarlıq edərək, Qəzzada insanların bu ağır vəziyyətdən çıxmasına və sakinlərin ehtiyaclarını ödəməyə kömək etmək üçün təcili olaraq beynəlxalq tədbirlərin görülməsinin lazım olduğunu vurğuladı.

UNRWA media rəsmisi həmçinin gündə təxminən 30 yük maşını olan hazırkı yardım kifayət etmədiyini bildirib və humanitar yardımın Qəzzaya daxil olması üçün işğalçı rejimə təzyiq göstərməyə çağırıb.

UNRWA agentliyi bundan əvvəl elan etmişdi ki, davam edən yağışlar və sionist ordusunun hücumları və bombardmanları ilə Qəzzada vəziyyət günü-gündən pisləşir. Yarım milyon insan sel təhlükəsi olan ərazilərdə yaşayır və bir çox risklərlə üzləşir.

4250624

captcha