"İQNA", Ali Rəhbərin dəftərxanasına istinadən xəbər verir ki, İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə keçirilən bu mərasimdə Əhli-Beyt (ə) tərəfdarları da iştirak etmişdir.
Mərasimdə Höccətül-İslam vəl-Müslimin Əli Əlizadə çıxış edərək, ayə və rəvayətlərə əsaslanaraq Həzrət Fatimeyi-Zəhranı (s.ə) Əhli-Beytin mərkəzi şəxsiyyəti kimi təqdim etmişdir. O, bildirib ki, Həzrət Siddiqqeyi-Kübra (s.ə) öz dövründə İslam Peyğəmbərinə (s) və İmam Əliyə (ə) qarşı olan hücumların qarşısını alaraq, İslam dininin və nübüvvət məktəbinin təhrif olunmasının qarşısını almışdır.
Mərasimdə həmçinin məddah Məsum Mutii Həzrət Siddiqqeyi-Tahirə (s.ə) haqqında mərsiyələr oxumuş və növhələr ifa etmişdir.
4252103