Suriyanın silahlı müxalifətinin Dəməşqə daxil olması və Bəşər Əsəd hökumətinin devrilməsindən sonra bazar günü səhərindən etibarən medianın Əsəd və ailəsinin taleyi ilə bağlı ziddiyyətli xəbərlər yaydığı bildirilir.
Axios xəbər saytında amerikalı bir rəsmiyə istinadən belə deyilir: “Bəşər Əsədi şənbə gecəsi Dəməşqdən ayrılarkən izlədik və onun Moskvaya getməyi planlaşdırdığını düşünürük”.
TASS agentliyinin məlumatına görə, Əsəd ailəsi Moskvaya xüsusi təyyarə ilə gəlib. Rusiya, Əsəd və ailəsinə sığınacaq hüququ verərək onların təhlükəsizliyini təmin etmək qərarına gəlib. Xəbərdə Əsədin yaxın ətrafından yüksək vəzifəli bəzi şəxslərin də bu müddətdə Moskvaya keçdiyi qeyd olunur.
4253071