IQNA

Qəzzada qətlə yetirilən jurnalistlərin sayı 196-ya çatıb

11:06 - December 16, 2024
Xəbər sayı: 3497256
İQNA - Qəzzada "Əl-Cəzirə" televiziya kanalının operatoru Əhməd Əl-Levh sionist İsrailin hücumu nəticəsində şəhid olub.

Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada, sionist İsrailin Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda "Əl-Cəzirə" televiziyasının operatoru Əhməd Əl-Levhin şəhid olduğu qeyd edilib.

Jurnalist Levhin şəhid olması ilə İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayının 196-ya yüksəldiyi bildirilib.

Bildirilib ki, Levhin qətlinə görə məsuliyyət ABŞ, xüsusilə İsrail və soyqırım cinayətində şərik olan İngiltərə, Almaniya, Fransa kimi dövlətlərə məxsusdur.

Bəyanatda İsrailin fələstinli jurnalistləri hədəf alması, öldürməsi və onlara sui-qəsd etməsi şiddətlə pislənilib, beynəlxalq ictimaiyyəti və dünyada jurnalistika ilə bağlı beynəlxalq təşkilatları İsrailə qarşı törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə iddia qaldırmağa, soyqırım cinayətini dayandırmağa çağırıb. Fələstinli jurnalistlərin qətli və sui-qəsdləri üzərinə təzyiq göstərməyə çağırılıb.

Fələstin Media Dərnəyi dünən verdiyi yazılı açıqlamada Livanın "Əl-Məşhəd" telekanalının Qəzzadakı müxbiri Məhəmməd Bəluşenin İsrailin hücumu nəticəsində şəhid olduğunu açıqlayıb.

captcha