"Ər-Riyad" qəzetinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi öz bəyanatında sionist rejimin Colanda yaşayış məntəqələri tikmək qərarını bu ölkənin suverenliyi və ərazi bütövlüyünə müdaxilənin genişləndirilməsi və Suriyanın təhlükəsizliyinə qayıtmaq şansının məhv edilməsi kimi qiymətləndirib.
Bu bəyanat sionist baş nazir Benyamin Netanyahunun ofisi İsrail hökumətinin Qolan təpələrində yaşayış məntəqələrinin genişləndirilməsi üçün büdcə ayrılması planını təsdiqlədiyini elan etdikdən sonra verilib.
Benyamin Netanyahu İsrailin bu bölgəni inkişaf etdirmək və orada yaşayış məskənləri salmaq üçün işğal etdiyi Qolan təpələrini qorumağa davam edəcəyini iddia edib.
Bu çərçivədə sionist ordunun baş qərargah rəisi Herzi Halevi İsrailin təhlükəsizliyi üçün Qolan təpələri, şimal və Cəbəl əl-Şeyx bölgəsindəki sərhədləri qorumaq üçün təxminən bir həftədir burada olduqlarını bildirib.
İsrail ordusu bazar günü, dekabrın 8-də Suriyanın Qolan təpələrinə bir neçə kilometr daxil olub.
Benyamin Netanyahunun müşaviri Dmitri Gendelman bazar ertəsi, dekabrın 9-da İsrail qüvvələrinin Cəbəl əl-Şeyxin Suriya tərəfində, ayrılması üçün nəzərdə tutulmuş ərazidən kənarda yeni “bufer zonası” yaratdığını elan edib.
Gendelman, Qolandakı məskunlaşmaların gücləndirilməsinin İsrailin güclənməsi anlamına gəldiyini və bu dövrdə bu işin çox əhəmiyyətli olduğunu bildirib.
4254438