IQNA

Milli Quran yarışlarının tərtil qiraəti üzrə iştirakçısı:

Tərtil Quranı oxumaq və əzbərləmək üçün əsasdır

2:59 - December 18, 2024
Xəbər sayı: 3497272
İQNA - 47-ci milli Quran müsabiqəsinin final mərhələsində tərtil qiraəti üzrə iştirakçı Yusif Əyaşi deyib: "Tərtil oxumaq qiraətdə əsas və vacib bir şeydir və onu öyrənmək Quranı əzbərləmək üçün faydalıdır, lakin buna az diqqət yetirilir".

Xuzistan əyalətindən olan 47-ci milli Quran yarışmasının tərtil qiraəti üzrə iştirakçısı "İQNA"-nın müxbirinə müsahibəsində deyib: “Qiraət yarışında iştirak etmək üçün çətin püşklə üzləşdim. Püşk atıldıqdan sonra Quranın on ikinci səhifəsi çıxdı ki, uzun ayələri ehtiva edən "Bəqərə" surəsi idi. Lakin Allahın lütfü ilə qənaətbəxş bir qiraət etdim.

O, məmləkətdəki təhqiq qiraəti ilə keçirilən qiraətlərin tərtil qiraəti ilə müqayisədə çox az olduğunu vurğuladı və dedi: "Fars körfəzi boyunca yerləşən bir çox ərəb ölkələri uzun müddətdir ki, tərtil qiraətinə daha çox diqqət yetirməyə çalışırlar. Çünki bu qiraət tərzi Qurani-Kərimi oxumağın ən bəlağətli və mükəmməl formasıdır və dinləyicilər üçün daha təsirli ola bilər".

Əyaşi dedi: "Tərtil oxuyanlar bilməlidirlər ki, o, ərəb qrammatikasının bütün qayda və prinsiplərinə əsaslanır. Buna görə də ərəb dili bilməyən və tərtil sahəsində irəliləyiş əldə etməkdə çox maraqlı olan dostlarıma tövsiyə edirəm ki, əvvəlcə ərəb dilinin qaydalarını tam başa düşməlidirlər".

O, tərtili Quran tilavətinin əsası hesab edərək dedi: "Təhqiq qiraəti sahəsində də fəallıq göstərən qarilər ilk növbədə yaxşı tərtil oxuyan olmalıdırlar və bir mənada demək olar ki, tərtil, bir Quran qarisini təhqiq qiraətinə  və məclisdə oxunan qiraətə istiqamətləndirən körpüdür".

Milli Quran yarışlarında iştirak edən bu tərtil qiraəti edən dedi: "Hətta Quranı əzbərləmək sahəsində də ustadların tövsiyəsi budur ki, qiraət edən ilk növbədə tərtil qiraəti qaydalarını mənimsəməlidir, çünki fəsahətli və melodik forması olan tərtil qiraəti Allah kəlamlarını zehnlərdə daha gözəl və qalıcı edir".

Sonda o, Xuzistandakı Quran məclislərinin, xüsusən də tərtil qiraəti məsələsində əlverişli vəziyyətdə olduğuna işarə edərək dedi: "Bu, fəal surətdə fəaliyyət göstərən bəzi Quran ustadlarının səyi ilə əldə edilmişdir. Bu sahədə əyalət səviyyəsində fəaliyyət göstərən Mehdi və Nasir Dəğağələ və Hüseyn Muhəmmədi kimi ustadlara çox minnətdaram".

4253964

captcha