Noyabrın 27-də HTŞ-nin (Heyət Təhrir əş-Şam) rəhbərlik etdiyi hücumlara görə bağlanan Suriyanın Dəməşq Beynəlxalq Hava Limanında uçuşlar bərpa edilib. Hava limanının yenidən işə salınması üçün texniki qulluq və təmir işləri davam edir.
Səlahiyyətlilər hava limanının mərhələli şəkildə fəaliyyətə başlayacağını və ilk uçuşun Dəməşqdən Hələbə olacağını açıqlayıb.