"Əl-Aləm" xəbər kanalının verdiyi məlumata görə, Nyu-Yorkda sionist rejimin konsulluğunun baş konsulu Ofir Akunis belə açıqlama verib: "İsrail, bu gün konsulluğumuza edilən hücumun qarşısını alan Amerika təhlükəsizlik qüvvələrinin çevik müdaxiləsinə və əməkdaşlığına görə təşəkkür edir."
Times of Israel qəzetinin verdiyi məlumata əsasən, tutulmuş şübhəli, İŞİD kimi terror təşkilatlarını dəstəkləyən şəxslərdən biridir.
"TASS" xəbər agentliyinin verdiyi məlumata görə, Nyu-Yorkda sionist rejimin konsulluğuna qarşı qarşısı alınmış hücumun şübhəlisinin adı Abdullah İzzəddin Taha Məhəmməd Həsən olaraq açıqlanıb. Şübhəlinin Virciniya ştatında yaşadığı və FBI tərəfindən saxlanıldığı bildirilib.