IQNA

Həzrət Musa Peyğəmbərin (ə) 10 əmri yazılmış ən qədim daş lövhə satıldı

3:33 - December 23, 2024
Xəbər sayı: 3497298
İQNA – Sothebys hərracında sionist bir quruma bağışlanmaq üçün üzərində 10 əmrin yazıldığı məlum olan ən qədim daş lövhə 5 milyon dollara satılıb.

"Euronews"-un verdiyi  xəbərə görə, 18 dekabrda keçirilən hərracda daşın üzərindəki yazılar yəhudi və xristian ənənələrində məlum olan 10 əmrlə oxşar olsa da, bəzi əhəmiyyətli fərqlər mövcuddur.

52 kq ağırlığında olan daş lövhənin üzərinə qədim ivrit əlifbası ilə Həzrət Musa Peyğəmbərin (ə) 10 əmri həkk olunub.

1913-cü ildə İsrailin cənub sahilində dəmiryolu qazıntıları zamanı aşkar edilən bu lövhə eramızın 300-800-cü illəri arasındakı dövrə aiddir.

Əsərin tarixi dəyəri əvvəllər anlaşılmayıb və lövhə üzərindəki yazılar yerə tərəf çevrilmiş halda səkidə daş kimi istifadə edilib.

Hərracda adı açıqlanmayan bir alıcı tərəfindən alınan lövhə alıcı tərəfindən sionist bir quruma bağışlanaraq ictimaiyyət üçün nümayiş etdiriləcək.

Bu lövhə olduqca mürəkkəb bir keçmişə malikdir. 1943-cü ildə Yakob Kaplan tərəfindən yenidən kəşf olunub qiymətləndirilmiş və onun tapıntıları 1947-ci ildə Yəhudi Fələstin Araşdırma Cəmiyyətinin bülletenində dərc edilmişdir.

 

Hz Musa’nın 10 emrini içeren en eski taş tablet satıldı

 

Lövhə bir neçə dəfə sahib dəyişdikdən sonra israilli antikvarların əlinə keçib və nəticədə Bruklindəki "Living Torah" Muzeyinə çatdırılıb.

Tarixi əhəmiyyətinə baxmayaraq, lövhənin orijinallığı hələ də mütəxəssislər arasında müzakirə mövzusudur.

 

Hz Musa’nın 10 emrini içeren en eski taş tablet satıldı

4255324

captcha