"Əl-Cəzirə"nin verdiyi xəbərə görə, şənbə günü İspaniya Baş naziri Fələstinin müstəqil bir dövlət olaraq rəsmi tanınması tələbini bir daha təkrarladı.
Sanchez bu sözləri Mərakeşin paytaxtı Rabatda keçirilən "Beynəlxalq Sosializm" konfransında söylədi.
"İsrailin işğalına son verilməli və iki dövlətli həll çərçivəsində Fələstin xalqının paytaxtı Şərqi Qüds olmaqla öz müstəqil dövlətini qurmasına icazə verilməlidir" deyə danışan İspaniya Baş naziri, mühasirənin və humanitar böhranının sona çatdırılmasının lazım olduğunu vurğuladı.
O, eyni zamanda beynəlxalq əməkdaşlıq çağırışı etdi.
İspaniya, Norveç və İrlandiya keçən may ayında Fələstini rəsmi olaraq tanıdı. İyun ayında isə Sloveniya və Ermənistan da tanıyan ölkələr arasında yer aldı. Beləliklə, Fələstini tanıyan ölkə sayı Birləşmiş Millətlər Təşkilatına üzv 193 ölkədən 149-a çatdı.
4255428