İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının İctimaiyyətlə Əlaqələr şöbəsinin verdiyi məlumata görə, Həzrət Zəhranın (s) doğum ildönümü münasibətilə İndoneziya Əhli-Beyt Cəmiyyəti “Həzrət Zəhranın (s) şəxsiyyətinə hərtərəfli baxış” mövzusunda vebinar təşkil edib.
Bu vebinar İran İslam Respublikasının İndoneziyadakı mədəniyyət nümayəndəliyinin təşkilatçılığı və əməkdaşlığı ilə keçirilib.
Həzrət Zəhranın (s) şəxsiyyəti haqqında danışan yazar və tədqiqatçı Anna Farida Kurniyazari bildirib ki, Əhli-Beyt Cəmiyyəti təşkilatında qadınlar fəal şəkildə Həzrət Zəhra (s) mərkəzli fəaliyyətlər həyata keçirirlər.
O qeyd edib ki, Həzrət Zəhranı (s) tanımağın ən gözəl yolu Qurani-Kərim və Peyğəmbərimizin (s) həyatıdır.
Əl-Zəhra Universitetinin müəllimi Fatimə İbrahimi, Həzrət Zəhranın (s) şəxsiyyəti haqqında danışaraq onun bütün çətinliklərə sinə gərməsi, həyat yoldaşı, ana, evin idarəçisi, evlilikdən əvvəl və sonrakı dövrlərdə göstərdiyi əzmkarlığı və səbrinə görə tarixə keçdiyini vurğulayıb.
O qeyd edib ki, Həzrət Fatimənin (s) həyatı və şəxsiyyəti mənəvi tərbiyə və əxlaqi inkişafın mərkəzidir və bir tələbənin davranışlarının formalaşmasında böyük təsir göstərmişdir.
“Ən mühüm tərbiyə metodlarından biri nümunə olmaqdır. İslam insanın tərbiyəsi və irəliləyişi üçün bu mühüm prinsipi vurğulamışdır,” - deyə o bildirib.
O əlavə edib ki, Həzrət Fatimə (s) bütün sahələrdə Rəsulullahın (s) yolunu davam etdirmişdir.
Həzrət Zəhra (s) analıq və fədakarlığın ən mükəmməl nümunəsidir.
Cakarta Hidayətullah Şərif Universitetinin müəllimi Nang Dara Afiə, Həzrət Zəhranın (s) mövzusunu ictimai və siyasi hərəkət baxımından şərh edib.
O, həmçinin qeyd edib ki, Həzrət Fatimə (s) yalnız iman, fədakarlıq və nəzakət nümunəsi deyil, həm də fədakar ana və həyat yoldaşı kimi böyük bir simvol olmuşdur.
Sunan Gunung Djati Bandung Universitetindən Dadah Saadeh, Həzrət Zəhranın (s) şəxsiyyətini “Kutubi Sittə” hədis mənbələri kontekstində izah edərək açıqlamalar verib.
4255664