IQNA

İsa peyğəmbərin (ə) mövludunun ildönümü münasibətilə:

Prezidentdən Papa Fransiskə və dünya möminlərinə təbrik mesajı

3:23 - December 27, 2024
Xəbər sayı: 3497320
İQNA - Məsud Pezeşkian bir mesajında Müqəddəs İsa peyğəmbərin (ə) mübarək mövludu və 2025-ci il Milad bayramı münasibətilə Papa Fransiskə və dünya möminlərinə təbriklərini çatdıraraq vurğulayıb: "İsa Məsihin (ə) mövludunun qeyd edilməsi, ədalət, sülh və azadlığın gerçəkləşməsi üçün ilahi əmrləri və bütün peyğəmbərlərin dəyərli öyüdlərini xatırlatmaq baxımından mənəvi bir vasitədir".

İQNA-nın (Quran Xəbərləri Agentliyi) verdiyi məlumata görə, Prezident Aparatının məlumat platformasına istinadən, Məsud Pəzeşkiyan dünya katoliklərinin lideri Papa Fransiskə təbrik mesajında Müqəddəs İsa peyğəmbərin (ə) mübarək mövludu və 2025-ci il Milad bayramı münasibətilə deyib: “Bu günkü dövrdə cəmiyyətlərdəki problemlərin həlli üçün yeni bir baxışa ehtiyac var. Buna görə də, ilahi peyğəmbərlərin ali xüsusiyyətlərinə dair düşüncə və təfəkkür müasir insanın kamil insana çatması üçün yol açıcı ola bilər. Ümid edirəm ki, yeni il ərəfəsində, xüsusilə də məzlum Fələstin xalqı olmaqla, məzlum və zülm çəkmiş xalqlar üçün sülh, təhlükəsizlik və azadlıq istiqamətində təsirli tədbirlərin şahidi olaq."

4256155

captcha