IQNA

2024-cü ildə 111 fələstinli jurnalist şəhid olub

2:04 - January 07, 2025
Xəbər sayı: 3497387
İQNA – Fələstin Jurnalistlər və Reportyorlar Dərnəyi öz hesabatında 2024-cü ildə 111 fələstinli jurnalistin işğalçı rejim tərəfindən şəhid edildiyini açıqlayıb.

Fələstin Jurnalistlər və Reportyorlar Cəmiyyəti öz hesabatında 2024-cü ildə sionist işğalçıları tərəfindən media mənsublarının hədəfə alınmasını müzakirə edib.

Bu hesabata əsasən, 2024-cü ildə 111 fələstinli jurnalist sionist işğalçıları tərəfindən şəhid olub.

Qəzza hökumətinin Media İdarəsinin yanvarın 3-də verdiyi yazılı açıqlamada 2023-cü il oktyabrın 7-dən etibarən sionist rejim ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olan jurnalistlərin sayının 202-yə yüksəldiyi bildirilib.

Fələstin Jurnalistlər və Reportyorlar Dərnəyi hesabatını davam etdirərək, "Qəzza müharibəsi başlayandan bu yana 145 jurnalist və müxbirin həbs olunaraq nəzarətə alındığı qeyd edilib və onlardan təxminən 60-ı hələ də həbsdədir" deyib.

captcha