IQNA

Məlalə Yusifzay: "İsrail Qəzzanın təhsil sistemini məhv etdi"

2:19 - January 14, 2025
Xəbər sayı: 3497427
İQNA – Pakistanlı fəal və Nobel Sülh Mükafatı laureatı Məlalə Yusifzay bildirib ki, sionist rejim Qəzzada universitet və məktəblərin 90 faizindən çoxunu məhv edib.

Qüds Xəbər Agentliyinin verdiyi məlumata görə, pakistanlı fəal və Nobel Sülh Mükafatı laureatı Məlalə Yusifzay İslamabadda keçirilən toplantıda deyib: “İsrail Qəzzanın təhsil sistemini məhv etdi.

Müsəlman ölkələrindən onlarla nümayəndənin qatıldığı Pakistanda qızların təhsili ilə bağlı keçirilən toplantıda danışan Məlalə Yusifzay, "İsrail Qəzza zolağında universitet və məktəblərin 90 faizindən çoxunu dağıdıb. Həmçinin sığınacaq tapan dinc insanları məktəblərdə kor-koranə öldürür" ifadələrdən istifadə etdi.

"Fələstinli uşaqlar həyatlarını və gələcəklərini itiriblər. Məktəbi bombalansa və ailəsi öldürülsə, fələstinli qız layiq olduğu gələcəyi qura bilməz", - deyə Malala bildirib.

Pakistanlı fəal həmçinin "İsrailin beynəlxalq hüquq və insan haqlarını pozmasını pisləməyə davam edəcəyəm" deyib.

Məlalə Yusifzay 2012-ci ildə Pakistanın Svat vadisində, Əfqanıstan sərhədinə yaxın ərazidə məktəb avtobusunda Taliban tərəfindən hücuma məruz qalıb və 2014-cü ildə 17 yaşında Nobel Sülh Mükafatını qazanaraq mükafatı alan ən gənc şəxs olub.

captcha