"Əl-Xəlic" saytının verdiyi xəbərə görə, Dubay Dini İşlər və Xeyriyyə İdarəsi tərəfindən təşkil edilən yarışmanın məqsədi tələbələri Quranı əzbərləməyə və qiraət etməyə, həmçinin təcvid və elmi mətnləri öyrənməyə təşviq etməkdir.
41 müxtəlif millətdən tələbələrin qatıldığı yarışma Qurani-Kərimi əzbərləmə, ən gözəl qiraət, elmi mətnləri əzbərləmə və təcvid mətnlərini əzbərləmə olmaqla dörd kateqoriya üzrə təşkil olunub.
Eləcə də müsabiqədə əlillər, xüsusi kateqoriyada iştirak edib.
Qurani-Kərimin hifzi üzrə 637, ən yaxşı qiraət üzrə 109, təcvid mətnlərinin əzbəri 117, elmi mətnlərin əzbəri kateqoriyasında isə 241 şagird iştirak edib.
Şeyx Rəşid bin Məhəmməd Əl Məktum Quran Müsabiqəsinin sədri Abdullah Əbu Bəkr Basala bildirib ki, bu müsabiqə İslami dəyərləri tələbələrin qəlbinə aşılamaq və təşviq etmək üçün gözəl nümunədir.
O, həmçinin qeyd edib ki, bu tədbirin keçirilməsində məqsəd dini təlimlərə sadiq, ictimai tərəqqiyə töhfə verən nəsil yetişdirməkdir.
4259505