IQNA

İnqilab Rəhbəri şəhid olan iki hakimin cənazəsi üzərində namaz qılıb

1:44 - January 20, 2025
Xəbər sayı: 3497468
İQNA - Həzrət Ayətullah Xamenei İmam Xomeyni (r.ə) Hüseyniyyəsində iştirak edərkən iki şəhid qazi, Höccətül-islam Şeyx Əli Razini və Şeyx Məhəmməd Məqisənin cənazələri üzərində namaz qılıb.

"İQNA"-nın İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin Əsərlərinin Qorunması və Nəşri İdarəsinin informasiya saytına istinadən verdiyi məlumata görə, bu gecə, bazar günü İmam Xomeyni (r.ə) Hüseyniyyəsində iki şəhid qazi Höccətül-islam Şeyx Əli Razini və Şeyx Məhəmməd Məqisənin cənazələri üzərində namaz qılıb.

Bu iki şəhid dünən xidmət yerində şəhid olan ədliyyə orqanlarının görkəmli və cəsur hakimləri idi.

Namazdan sonra Həzrət Ayətullah Xamenei bu iki şəhidin ailələri qarşısında qısa çıxışında şəhidlər Razini və Məqisəyə tərifləyərək dedi: "Bu iki şəhid ömürləri boyu zəhmət çəkib, böyük işlər görüblər və bu səbəbdən də Allah yolunda ilahi mükafata və şəhadətə layiq olublar".

İnqilab Rəhbəri bu şəhidlər haqqında dedi: “Allah inşallah, cənab Raziniyə rəhmət eləsin”. Allah yolunda cihad edib, şükür Allaha gözəl ömür sürüb.

Uca Allah onlar üçün gözəl bir aqibət yazmışdı və o da gerçəkləşdi. İnşallah Allah sizi qorusun.

Allah inşallah Cənab Məqisənin dərəcələrini ucaltsın. Onun əməl dəftərində bir yaxşı əməl olub ki, Allah-taala ona şəhadət şərəfini nəsib edib.

4260785

captcha