IQNA

Qəssam Briqadaları müqavimət qruplarına təşəkkür edib

1:18 - January 21, 2025
Xəbər sayı: 3497473
İQNA - Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə Qəzzada qüvvəyə minən atəşkəslə bağlı mühüm açıqlamalar verib.

"Əl-Məyadin televiziyasının verdiyi məlumata görə, HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə Qəzzada qüvvəyə minən atəşkəslə bağlı mühüm açıqlamalar verib.

HƏMAS-ın həyata keçirdiyi Əl-Əqsa Tufanı əməliyyatı ilə bağlı Əbu Ubeydə bu əməliyyatın işğalın böyük bir köpük olduğunu dünyaya göstərdiyini bildirib.

Əbu Ubeydə "471 gün ərzində xalqımız öz azadlığı və müqəddəs dəyərləri uğrunda misilsiz fədakarlıqlar edib. Bütün dünya müqavimət döyüşçülərinin qəhrəmanca mübarizəsinin şahidi oldu" dedi.

Sözçü Əbu Ubeydə “Xalqımız öz azadlığı və müqəddəs dəyərləri uğrunda 15 aydan çox müddət ərzində ağır bədəllər ödədi və çoxlu şəhid verdi.

Fələstin xalqının etdiyi fədakarlıqlar, tökülən qanlar boşa getməyəcək, nəticələri olacaq.

Bu cihadın böyüklüyü, İsmayıl Həniyyə, Salih əl-Aruri və Yəhya Sinvarın rəhbərlik etdiyi şəhid karvanlarının yürüşlərində aydın görünür.

Biz işğalçı qüvvələrə qarşı əməliyyatlarımızı istiqamətləndirərkən onlar bütün əxlaqsızlıqları ilə xalqımıza qarşı yeni vəhşilik və soyqırım üsullarını həyata keçirdilər.

“Biz hərbi imkanların və müharibə etikasının qeyri-bərabər olduğu bir müharibə ilə üz-üzə idik” dedi.

HƏMAS-ın atəşkəsə sadiq olduğunu bildirən Ubeydə vasitəçilərdən sionist İsrailin atəşkəsə əməl etməsini təmin etməyə çağırıb.

Qəssam Briqadalarının sözçüsü: “Livan və İraqdakı müqavimət qruplarını Qəzzaya verdikləri dəstəyə görə salamlayırıq. İranlı qardaş və bacılarımıza bu tarixi mübarizədə davamlı dəstəyə görə təşəkkür edirik. “Yəməndəki Ənsarullah Hərəkatı və Livandakı Hizbullahdakı qardaşlarımıza bizə dəstək olmaq üçün ağır bədəl ödədikləri üçün minnətdarıq.

4260783

captcha